«Azərreyl» də itkisiz irəliləyir

Qadınlar arasında Azərbaycan Super Liqasında ilin son görüşü keçirilib. İdman.com.az saytı xəbər verir ki, Voleybol Federasiyasının idman zalında təşkil edilmiş matçda «Azərreyl» ilə «Lokomotiv Biləcəri» üz-üzə gəliblər. Oyun Faiq Qarayevin rəhbərlik etdiyi komandanın xeyrinə başa çatıb – 3:0 (26-24, 25-13, 25-22). Görüşün statistik nəticələrinə görə, «Azərreyl»dən Polina Rəhimova, «Lokomotiv Biləcəri» klubundan Ayşən Abduləzimova ən çox xal qazanan oyunçu olub.

O Q M S T X

1.«Bakı» 4 4 0 12-0 304:222 8
2.«Rabitə» 2 2 0 6-1 167:121 4
3.«Azərreyl» 2 2 0 6-1 170:137 4
4.«İqtisadçı» 3 1 2 4-7 240:266 2
5.«Lokomotiv» 2 1 1 3-3 138:112 2
6.«Lokomotiv Biləcəri» 4 0 4 0-12 184:301 0
7.«Azəryolservis» 3 0 3 2-9 220:264 0

Xəbər 1010 dəfə oxundu.