Əlimərdanova Polşada 1-ci oldu
Polşanın Qlivitse şəhərində qadınlar arasında boks üzrə beynəlxalq turnirə yekun vurulub. Yarışda yerli idmançılarla yanaşı, Çexiya, Almaniya, Finlandiya, Fransa, Ukrayna və Macarıstannın ümumilikdə 90 dəri əlcək ustası iştirak edib. 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova 1-ci yerə layiq görülüb. Milli komandamızın üzvü finalda Çexiya nümayəndəsi Lenka Kardovanı 3:0 hesabı ilə məğlub edib. Əlimərdanova həm də turnirin ən texnikalı boksçusu üçün ayrılmış xüsusi mükafata da layiq görülüb. Yana Alekseva isə yarımfinalda uduzaraq, 3-cü yerə sahib olub.

Xəbər 874 dəfə oxundu.