İlkay Gündoğan qayıtdı – 13 aydan sonra | |
"Borussiya"nın futbolçusu İlkay Gündoğan uzun müddətdən sonra yaşıl meydanlara qayıdıb. Türkəsilli alman yarımmüdafiəçi Dortmund təmsilçisinin U-23 komandası ilə yoldaşlıq matçınında 35 dəqiqə meydanda olub. Qeyd edək ki, qarşılaşma "Borussiya"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, İ.Gündoğan son olaraq ötən ilin avqustunda Almaniya bundesliqasında "Aysburq"la matçda iştirak edib. Bu görüşdə belindən zədələnən futbolçu uzun müddət idi ki, oynamırdı. |
|
Xəbər 775 dəfə oxundu. |
|
|