Ronaldo gündə 6 saat məşq edir | |
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo La Liqanın 3-cü turunda qarşılaşacaqları Madrid "Atletiko"su ilə oyunda meydana çıxmaq üçün intensiv məşqlərini davam etdirir. "Atletiko" ilə superkubok matçında əzələsini dartan portuqaliyalı futbolçu gün ərzində 6 saat məşq etməsi ilə diqqət çəkir. "DÇ-2014"də çıxış etdiyi üçün "Real"ın mövsüm öncəsi təlim-məşq toplanışında iştirak etməyən Ronaldo "Avro-2016"nın seçmə mərhələsinin oyunlarına da dəvət almayıb. Onun "Atletiko" ilə oyuna qədər hazır olacağı gözlənilir. Qeyd edək ki, "Real" - "Atletiko" oyunu sentyabrın 13-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. |
|
Xəbər 768 dəfə oxundu. |
|
|