"Bu, ədalətsiz nəticə oldu" - Paulo Bentu
Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu "Avro-2016"nın seçmə mərhələsinin ilk oyununda məğlub olduqları Albaniya ilə görüş haqda danışıb.

Təcrübəli mütəxəssis "A Bola"ya açıqlamasında 0:1 hesabının ədalətsiz nəticə olduğunu bildirib:

"Birinci hissənin ilk 20 dəqiqəsində qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Oyuna bütünlükdə biz nəzarət edirdik. Ancaq ilk 20 dəqiqədən sonra yaxşı oynamadıq. Fasilədən sonra hücumlar etsək də, qapımızda qol gördük. Matçın favoriti biz idik, lakin uduzduq. Bu hesabın ədalətsiz nəticə olduğunu düşünürəm".

Qeyd edək ki, Portuqaliya millisi öz meydanında Albaniyaya 0:1 hesabı ilə məğlub olub.

Xəbər 795 dəfə oxundu.