“Qarabağ”lı futbolçunun möhtəşəm uğuru
Albaniya millisi “Avro-2016”nın seçmə mərhələsində ilk sensasiya yaradan komanda olub.

“Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin də şərəfini qoruduğu bu komanda dünən Portuqaliya millisinə onun meydanında 1:0 hesabı ilə qalib gəlib.

Yeganə qolu 52-ci dəqiqədə Balay vurub.

Qeyd edək ki, Ansi Aqolli bu matçda əsas heyətdə yer alıb və sonadək meydanda olub.

Əlavə edək ki, zədəsi səbəbindən Portuqaliya millisinin lideri Kriştiano Ronaldo bu qarşılaşmanı buraxıb.

Xəbər 870 dəfə oxundu.