Boksçularımız Əhməd Comərd turnirində
Türkiyənin İstanbul şəhərində veteran idmançı, məşqçi, hakim Əhməd Comərdin xatirəsinə həsr olunmuş sayca 29-cu turnirə start verilib. Yarışda 13 ölkənin 200 boksçusu mübarizə aparır. Turnirdə ilk dəfə qadınlar da gücünü sınayır. Komandamız qadınların turnirində 9, kişilərin yarışında isə 5 boksçu ilə təmsil olunur. Milli komandamız baş məşqşi Şamil Məhəmmədbəyovun rəhbərliyi altında Əzizə Abbasova (48 kq ), Anaxanım Ağayeva (51 kq), Nisə Mehdiyeva (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Məryəm Cəbrayılova (64 kq), Yelena Vıstropova (69 kq), Leyla Həsənova, Leyla Cavadova (75 kq) və Aynur Rzayeva (81 kq) ilə yarışa yollanıb. Kişilərin turnirində “Gilan” klubunun üzvləri – Araz İmaməliyev (49 kq), Kənan Hüseynəliyev (56 kq), Pərviz Hüseynov (69 kq), Eldar Quliyev (75 kq) və Heydər Heydərov (91 kq) iştirak edirlər. Əhməd Comərdin xatirəsinə həsr olunmuş yarışa sentyabrın 11-də yekun vurulacaq.

Xəbər 925 dəfə oxundu.