Millimiz dünya çempionatına qələbə ilə başladı
İtaliyanın Jesolo şəhərində təşkil olunmuş dünya çempionatının seçmə mərhələsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Çexiya yığması ilə qarşılaşan futbolçularımız 4:1 hesabı ilə qələbə qazanıb. Əli Hüseynovun dubl etdiyi oyunda hərəyə bir dəfə Asif Zeynalov və Sabir Allahquliyev fərqlənib.

Millimiz növbəti oyununu sentyabrın 7-də İspaniya yığmasına qarşı keçirəcək.

Xəbər 858 dəfə oxundu.