Valdes "Liverpul"la razılığa gəldi
"Barselona"nın sabiq qapıçısı Viktor Valdes futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

İspan qolkiper "Liverpul"la razılığa gəlib. V.Valdes tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.

Qeyd edək ki, V.Valdes "Barselona"dan ötən mövsümün sonu müqaviləsinin müddəti başa çatdığı üçün ayrılıb.

Xəbər 913 dəfə oxundu.