“Azərbaycan millisindən daha çox xal almalıyıq”
“İstənilən halda Azərbaycan millisi ilə oyun çox çətin olacaq. Çünki seçmə mərhələnin ilk oyununda müəyyən çatışmazlıqlar hiss olunur”.

Bu sözləri "Avro-2016"nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində Bakıda millimizin qonağı olacaq Bolqarıstan yığmasının sabiq baş məşqçisi Stanimir Stoylov qarşıdakı oyun haqda danışarkən deyib.

O, yerli mətbuata açıqlamasında millimiz haqda ehtiyatlı danışmaqla yanaşı sabiq komandasının qələbə qazanacağına inandığını bildirib: “Biz bilməliyik ki, Azərbaycan futboluna son vaxtlar böyük sərmayə qoyulur. Rəqib komandanın Berti Foqts kimi baş məşqçisi var. Hansı ki, o, uzun müddətdir Azərbaycan millisini çalışıdırır və komandası hazırda inkişafdadır. Rəqibimiz qrup liderləri arasında ola bilər. Ancaq onlar səfər oyunlarında xal itkiləri ilə üzləşəcəklər. Məncə, Azərbaycanla oyunda şanslı tərəf bizik. İnanıram ki, qalib gələcəyik. Qrupumuza diqqət yetirəndə görürük ki, Azərbaycan millisindən daha çox xal ala bilərik. Malta da bizim üçün çətin rəqib olmamlıdır. Hər halda İtaliya, Xorvatiya və Norveç favoritlər hesab olunurlar”.

Xəbər 846 dəfə oxundu.