Messi "Atletik"ə qarşı oynaya biləcəkmi?
İspaniya La Liqasının son turunda "Vilyareal"la görüşdə (1:0) zədələnən "Barselona" klubunun futbolçusu Lionel Messi ötən gün tibbi müayinədən keçib.

Komandanın həkimləri argentinalı futbolçunun durumunda irəliləyişin olduğunu və onun tezliklə yaşıl meydanlara qayıda biləcəyini söyləyiblər.

Lakin qasıq nahiyyəsindən zədələnən futbolçunun La Liqanın növbəti turu çərçivəsində "Atletik" (Bilbao) klubu ilə oyunda forma geyinməyəcəyi bildirilir.

Xəbər 754 dəfə oxundu.