“Neftçi” rəhbərliyində yeni təyinatlar oldu
Bu gün “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib.

İclasda klubun rəhbərliyinə təyinatlarla bağlı qərarlar verilib. “Neftçi”nin saytı yazıb ki, klubun vitse-prezident səlahiyyətlərinin icrası müvəqqəti olaraq “Neftçi” PFK-nın icraçı direktoru Mübariz Xudiyevə tapşırılıb.

Elnur Şükürov (Elnur Əşrəfoğlu) isə klub prezidentinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu qərarla indiyədək klubda vitse-prezident olan Tahir Süleymanovun “Neftçi”dəki işinə rəsmən nöqtə qoyulub.

Xəbər 920 dəfə oxundu.