Millimizin oyununda azarkeşlərin azlığına Kapellodan reaksiya
Rusiya millisinin baş məşqçisi Fabio Kapello dünən Azərbaycanla oyuna çox az sayda azarkeşin gəlməsinə münasibət bildirib.

Kapello qeyd edib ki, bu məsələdə problem Rusiya millisində yox, bütövlükdə Rusiya futbolundadır.

“Biz azarkeşləri stadiona oz oyunumuzla gətirməliyik” – deyə o qeyd edib.

Xatırladaq ki, dünən keçirilən Rusiya – Azərbaycan oyununu Moskvadakı “Ximki Arena” stadionunda cəmi 3500 azarkeş izləyib.

Xəbər 803 dəfə oxundu.