Azərbaycan çempionundan etiraf

“Rabitə”nin baş məşqçisi Zoran Qayiç Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Fənərbağça”ya 3:0 hesabı ilə uduzduqları oyunda voleybolçulardan narazı qalıb. Serbiyalı mütəxəssis Türkiyədəki məğlubiyyətdə lazımı oyun göstərə bilməməsindən şikayətlənib: “Bu məğlubiyyət bizim səhvlərimizin nəticəsidir. Biz həddən artıq səhvə yol verdik”.
Komandanın amerikalı legioneri Kimberli Qlas da yaxşı oynamadıqlarını etiraf edib: “Onlar bu axşam bizdən çox yaxşı oynadılar. Buna gör də layiqli qələbə qazandılar”.

Xəbər 946 dəfə oxundu.