"Azərbaycan millisi yaxşı rəqibdir" - Şatov
Rusiya yığmasının yarımmüdafiəçisi Oleq Şatov bu gün millimizlə keçirəcəkləri yoldaşlıq oyunu öncəsi fikirlərini bölüşüb.

Ölkəsinin mətbuatına danışan Şatov Azərbaycan millisinin ciddi rəqib olduğunu bildirib:

"Ötən seçmə mərhələdə Azərbaycanla keçirdiyimiz iki oyunu xatırlamaq kifayətdir. Evdə minimal hesablı qələbə, səfərdə heç-heçə. Bu Azərbaycan yığmasını güclü rəqib hesab etməyə ciddi əsas verir. Onlara qarşı oynamaq maraqlı olacaq. Azərbaycan millisi yaxşı rəqibdir".

Qeyd edək ki, Rusiya - Azərbaycan oyunu bu gün, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər 807 dəfə oxundu.