"Qarabağ"ın oyununun Kiyevdə keçiriləcəyi rəsmiləşdi
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın “Dnepr”lə səfər matçının Kiyevdə keçiriləcəyi rəsmiləşib.

UEFA siyası gərginliklə əlaqədar sözügedən qarşılaşmanın Ukraynanın paytaxtında oynanılmasına qərar verib.

Qitənin ali futbol qurumunun qərarına əsasən, Avroliqada Ukraynanı təmsil edən "Dnepr" ev oyunlarını Kiyev, Xarkov "Metallist"i isə Lvov şəhəində keçirəcək.

Xatırladaq ki, “Qarabağ”ın “Dnepr”lə Bakıdakı oyunu oktyabrın 2-i, səfər matçı isə həmin ayın 23-də keçiriləcək.

Xəbər 740 dəfə oxundu.