Millimiz Rusiya ilə üz-üzə (YENİLƏNİR)
Bu gün futbol üzrə əsas milli komandamız növbəti yoxlama oyununu keçirəcək.

Berti Foqtsun komandası Rusiya yığması ilə qüvvəsini sınayacaq.

“Avro-2016”nın seçmə mərhələsində sentyabrın 9-da Bolqarıstanla keçiriləcək oyuna hazırlıqq xarakteri daşıyan görüşdə millimizin yaxşı nəticə qazanması vacibdir.

Xatırladaq ki, komandamız indiyədək Rusiya millisi ilə yoxlama oyunu keçirməsə də, rəsmi oyunlarda bir neçə dəfə qarşılaşıb. Yığmamız Fabio Kopellonun komandası ilə son dəfə ötən il oktyabrın 15-də “DÇ-2014”ün seçmə mərəhləsində Bakıda üz-üzə gəlib. Həmin oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

3 sentyabr

Yoxlama oyunu

20:00. Rusiya – Azərbaycan
Hakimlər: Rövşən İrmatov, Abduhamidullo Rəsulov, Əlişer Usmanov ( Özbəkistan)
Moskva. “Ximki Arena” stadionu

Xəbər 803 dəfə oxundu.