"İspaniya millisinin dəyişikliyə ehtiyacı yoxdur" - Ramos
"Real" (Madrid) klubunun müdafiəçisi Serxio Ramos şərəfini qoruduğu İspaniya millisi haqda danışıb.

Təcrübəli futbolçu "AS" qəzetinə açıqlamasında yığmanın dəyişiklikliyə ehtiyacı olmadığını bildirib:

"İspaniya millisinin dəyişikliyə ehtiyacı yoxdur. Hər bir komandanın öz oyun üslubu olmalıdır. Hətta bir neçə təcrübəli futbolçunun komandadan gedişindən sonra da milli dəyişilməməlidir. Burada təcrübəli futbolçular var və onlar gənclərin uyğunlaşmasına kömək edirlər. Əlbəttə, Xavi Hernandez və Xabi Alonso komanda üçün çox şey demək idi. Onlar komandanın uğurlarında böyük rol oynayıblar. Ancaq unutmayaq ki, İspaniyada yüksək səviyyəli yeni nəsil yetişir".

Xəbər 795 dəfə oxundu.