"Barselona"dan transferlərə 157 milyon avro
"Barselona"nın bu yay transferlərə 157 milyon avro xərcləyib.

Bu barədə klubun rəsmi saytında məlumat yer alıb.

Ancaq "Barsa"nın "Liverpul"dan transfer etdiyi Luis Suaresə 81.25 milyon avro ödəməsi hər kəsi təəccübləndirib. Çünki "Liverpul" oyunçunu 88 milyon avroya satdığını açıqlamışdı.

"Barsa"nın bu yay etdiyi transferlərə ödədiyi məbləğ aşağıda qeyd olunan kimidir:

Andre Ter Stegen - 12 milyon avro
İvan Rakitiç - 18 milyon avro
Klaudio Bravo - 12 milyon avro
Jeremi Matheiu - 20 milyon avro
Tomas Vermalen - 10 milyon avro
Luis Suares - 81.25 milyon avro
Duqlas Pereyra - 4 milyon avro

Xəbər 811 dəfə oxundu.