3-cü mərhələdən sonra 3-cü yer
Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour of China" veloyürüşü davam edir. 22 komandanın iştirak etdiyi yarışda 3-cü mərhələ başa çatıb. Bu dəfə iştirakçılar Quanjoudan Nanjinqə qədər olan 122.5 km məsafəni qət ediblər.

Yarışda çıxış edən "Synergy Baku" komandasının 3 üzvü finiş xəttini mərhələ qalibindən 38 saniyə sonra keçən pelotonun içərisində olub - Metyu Bremmier 8-ci, Aleksandr Surutkoviç 10-cu, Markus Eybeger isə 16-cı nəticə göstərib. 2 mərhələdən sonra ümumi sıralanmada 5-ci olan Bremmier bununla vəziyyətini bir qədər də yaxşılaşdıraraq 3-cü pilləyə yüksəlub - indi o liderdən 42 saniyə geri qalır. Markus Eybeger 11-ci, Aleksandr Surutkoviç isə 17-cidir.

Bü gün keçiriləcək 4-cü mərhələdə iştirakçılar 133 km məsafə qət edəcəklər. Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.

Xəbər 761 dəfə oxundu.