"Arsenal" hücumçu aldı
"Arsenal" bu yay sonuncu transferini edib.

London təmsilçisi ötən mövsüm "Mançester Yunayted"də oynayan Dani Uelbeki heyətinə cəlb edib. 23 yaşlı hücumçu ilə 4+1 illik şərti ilə müqavilə imzalanıb. Bu transfer üçün "Arsenal" "MY"a 20 milyon avro təzminat ödəyib.

D.Uelbekin yeni klubunda illik 6 milyon avro qazancağı bildirilib.

Xəbər 1043 dəfə oxundu.