"Arsenal" "Mançester Yunayted"in futbolçusu transfer etdi
"Arsenal" klubu zədəli futbolçusu Oliver Jiruya əvəzləyici tapıb.

London təmsilçisi "Mançester Yunayted"in forvardı Dani Uelbeki icarəyə götürüb.

Artıq tərəflər arasında razılıq əldə olunub və Uelbek tibbi müayinədən keçmək üçün Londona gedib. Bu transferin "Arsenal"a 5 milyon funt-sterlinqə başa gəldiyi bildirilir.

Qeyd edək ki, "Monako"dan Falkaonu transfer edən "Mançester Yunayted" klubu Xavyer Hernandezi Madrid "Real"ına, Uelbeki isə "Arsenal"a icarəyə verib.

Xəbər 952 dəfə oxundu.