Futbol üzrə rayon birinciliyi keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq idmanın kütləviliyinin artırılması məqsədilə 05-29 avqust 2014-cü il tarixlərdə “2005-2015-ci illər futbolun inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə Ərazi Dairələri arasında futbol üzrə rayon birinciliyi keçirilib.

Qarabağlı və Qızılağac kənd stadionlarında keçirilən birincilik hər iki zona üzrə 16 komanda 4 qrupda mübarizə aparıblar. Qarabağlı zonası üzrə A qrupunda Xıdırlı, Yolüstü, Yenikənd, Kürsəngi , B qrupunda Qarabağlı, Xalac, Qaraçala, Parçaxalac komandaları, Qızılağac zonası üzrə isə C qrupunda Noxudlu, Marışlı, Sarvan, Çuxanlı, D qrupunda Qaraqaşlı, Arbatan, Şorsulu və Qızılağac komandaları mübarizə apardılar. Qarabağlı zonası üzrə Xıdırlı komandası, Qızılağac zonası üzrə isə Şorsulu komandası zonanın qalibi olublar.

Yarışın keçirilməsində məqsəd rayonda futbolun kütləviliyinə nail olmaq, “2005-2015-ci illər futbolun inkişafı” Dövlət proqramının icrasını təmin etmək, rayon birinciliyinin qalibini müəyyən etmək və perspektivli idmançıları aşkar etmək olub.

Yekun nəticələrin finalı 29 avqust 2014-cü il tarixdə saat 18-00 da Salyan Olimpiya İdman Kompleksində keçirilib. Xıdırlı kənd komandası Şorsulu komandasını 4-0 məğlub edərək rayon çempionatının qalibi olub. Hər iki komanda Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən medal, diplom, kubok və hədiyyələrlə təltif olunublar.

Xəbər 1152 dəfə oxundu.