Bu gün Falkao 65 milyona Mançester Yunaytedə keçəcək
Monakonun forvardı Radamel Falkao Mançester Yunaytedə keçməyə yaxındır.

Qırmızı şeytanlar knyazlıq klubu ilə 65 milyon avro müqabilində razılıq əldə ediblər. 28 yaşlı futbolçunun özü ilə 4 illik müqavilə imzalanacaq.Bu barədə TerraColombia məlumat verib.

Mənbənin xəbərinə görə Falkao bu gün tibbi müayindən keçəcək.

Xatırladaq ki, dünən yayılan məlumata görə Mançester Siti Falkao üçün 70 milyon avro təklif etmişdi.

Xəbər 850 dəfə oxundu.