Alderveyreld Sautgemptona keçməyə razılıq verdi
Atletikonun müdafiəçisi Tobi Alderveyreld Sautgemptona keçməyə yaxındır.
Dünən Madrid klubu futbolçunun keçid variantları üzərində işləyirdi. Futbolçuya əsas namizədlər Sautgempton və Nyukasl idi.

Alderveyreld Sautgempton variantına üstünlük verib.Bu gün o , İngiltərəyə yollanaraq tibbi müayinədən keçəcək və müqavilə imzalayacaq.

Alderveyreldin qərarına komandada Ronald Kumanın baş məşqçi olması təsir göstərib.Nyukaslın təklifi daha cəlbedici idi.

Xəbər 758 dəfə oxundu.