Millimizlə oyunöncəsi Rusiya yığmasının heyətində dəyişiklik
Sentyabrın 3-də millimizlə yoldaşlıq görüşü keçirəcək Rusiya yığmasının heyətində dəyişiklik edilib.

"Dinamo"nun futbolçusu İqor Denisovun yerinə "Krasnodar" klubunun Yuri Qazinski yığmaya dəvət alıb.

Rusiya Premyer Liqasının 6-cı turu çərçivəsində "Krasnodar"la oyunda zədələnən İ.Denisov Rusiya millisinin heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, sentyabrın 3-də millimizlə yoxlama görüşündə qüvvəsini sınayacaq Rusiya yığması 5 gün sonra "Avro-2016"nın seçmə mərhələsinin ilk matçında Lixtenşteynlə qarşılaşacaq.

Xəbər 789 dəfə oxundu.