Amit Quluzadə Portuqaliya klubunda debüt etdi
Millimizin sabiq futbolçusu Amit Quluzadə Portuqaliyanın ikinci liqa təmsilçisi "Atletiko"da (Lissabon) debüt edib.

O, çempionatın beşinci turunda " Trofense" ilə matçda əsas heyətdə yer alıb. Ancaq 21 yaşlı yarımmüdafiəçi görüşün 37-ci dəqiqəsində əvəzlənib.

Qeyd edək ki,sözügedən qarşılaşmada "Atletiko" 0:2 hesabı ilə məğlub olub.

Xatırladaq ki, A.Quluzadə bu ilin avqustunda Lissabon təmsilçisi ilə iki illik müqavilə imzalayıb.

Xəbər 880 dəfə oxundu.