“Çelsi” Torresə əvəzləyici tapdı
“Çelsi” klubu heyətini yeni hücumçu ilə gücləndirib.

London təmsilçisi Fernando Torresin yerini fransalı hücumçu Loik Remi ilə doldurmaq qərarına gəlib.

QPR-dən transfer olunan futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Çelsi” bu transfer üçün 10 milyon avro ödəyib.

Qeyd edək ki ötən mövsüm “Nyukasl”da forma geyən Remi 27 oyuna 14 qol vurub.

Xəbər 893 dəfə oxundu.