Kaqava "Valensiya"nın təklifini rədd etdi
"Mançester Yunayted"dən ayrılacağı gözlənilən Sindzi Kaqava "Valensiya" klubunun təklifini rədd edib.

Yaponiyalı futbolçu "yarasalar"ın heyətində oynamaq istəmədiyini açıqlayıb.

25 yaşlı futbolçunun sabiq komandası "Borussiya" (Dortmund) klubuna qayıdacağı iddia olunur. Lakin hələlik Dortmund təmsilçisi Kaqavaya rəsmi təklif göndərməyib.

Qeyd edək ki, Kaqava 2012-ci ildə "Borussiya" (Dortmund) klubundan "Mançester Yunayted"ə transfer olunub.

Xəbər 860 dəfə oxundu.