Volkan Dəmirələ sərt cəza
Türkiyə Futbol Federiyasının İntizam Komitəsi "Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəli üç oyunluq cəzalandırıb.

Buna təcrübəli qolkiperin "Qalatasaray"la Türkiyə superkuboku matçında rəqib futbolçu Felipe Melonu təhqir etməsi səbəb olub. O, 17 min 500 türk lirəsi məbləğində də cərimələnib.

Bundan başqa, həmin matçda baş verən hadisələrə görə "Qalatasaray" 250 min, "Fənərbaxça" isə 120 min türk lirəsi cərimə ödəməli olacaq.

Xəbər 892 dəfə oxundu.