Ronaldo Di Mariyanın transferindən danışdı
"Real"ın futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı Anxel di Mariyanın "Mançester Yunayted"ə keçidinə münasibət bildirib.

O, argentinalı yarımmüdafiəçiyə yeni klubunda uğurlar arzulayıb: "Onun üçün İngiltərə klubuna oynamaq yaxşı olacaq. Mançester Yunayted" Avropanən ən yaxşı klublarından biridir".

K.Ronaldo "MY"də geyindiyi 7 nömrəli forma ilə di Mariyanın çıxış etməsini də dəyərləndirib:

"Di Mariyaya "Mançester Yunayted"də 7 nömrəli forma geyinməyin məsuliyyət tələb etdiyini söylədim".

Xəbər 811 dəfə oxundu.