"Qarabağ"dan tarixi uğur | |
"Qarabağ" klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün səfərdə "Tvente"nin qonağı olub. Enshede şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayıb. Bakıda rəqibi ilə 0:0 bərabərə qalan "Qarabağ" səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaqdı. Bu görüşdə qeydə alınacaq istənilən məhsuldar heç-heçə (1:1, 2:2, 3:3) Ağdam təmsilçisini qrup mərhələsinə çıxaracaqdı. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "Qarabağ" ikinci hissədə bərabərlik qolunu vurmaqla tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb. Xatırladaq ki, 2009/2010 mövsümündə "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində məhz "Tvente" ilə qarşılaşmışdı. Hollandiyada 1:3 hesabı ilə uduzan "Qarabağ" Bakıda rəqibi ilə 0:0 bərabərə qalaraq turnirdə mübarizəni dayandırıb. 28 avqust Avropa Liqası, pley-off mərhələsinin cavab oyunu 22:30. "Tvente" (Hollandiya) - "Qarabağ" (Azərbaycan) (İlk oyun - 0:0) - 1:1 Qollar: Kastanyos, 37 (1:0), Muarem Muarem, 51 (1:1) Enshede. Tvente stadionu Baş hakim: Paolo Silvio Mazzoleni (İtaliya) "Tvente": Nik Marsman, Kuko Martina , Byelland (k), Darrl Laxman, Robert Şilder, Kayl Ebesilio, Kamohelo Mokotdzho, Yuness Moxtar, Hakim Ziyeh, Lyuk Kastanyos, Kasper Kusk Ehtiyat oyunçular: Sonni Stevens,Rasmus Benqtsson, Diko Koppers, Tim Brekers, Şadrak Eqan, Troqeyr Borven, Ould-Çikh "Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedyev , Rəşad Sadıqov (k), Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Muarem Muarem Riçard Almeyda, Çumbinyo, Vüqar Nadirov Ehtiyat oyunçular: Fərhad Vəliyev, Admir Teli, Danilo Dias, Tərlan Quliyev, Namiq Yusifov, Leroy Corc |
|
Xəbər 911 dəfə oxundu. |
|
|