"Messi ilə düşmənçiliyim yoxdur" - Ronaldo
"Messi ilə heç bir düşmənçiliyim yoxdur. Bu rəqabət mətbuat tərəfindən yaradılır. Ona qarşı meydana çıxdıqda normal, peşəkar münasibətimiz olur".

Bu sözləri "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo "İnside Spanish Football"a açıqlamasında deyib.

Portuqaliyalı futbolçu "kim ən yaxşıdır?" sualını belə cavablandırıb: "Hər kəsi sevə bilməzsən. Bu, normaldır. Bütün fikirlərə hörmətlə yanaşıram. Həyatım başqalarının mənim haqda nə düşündüklərindən asılı deyil. Kim ən yaxşıdır? Hər birimiz öz işimizi görür, klub və yığmamız üçün əlimizdən gələni edirik. Hər ikimiz ən yaxşı olmaq istəyirik. Öz peşəmdə ən yaxşı olduğumu düşünürəm və bunun üçün çox çalışıram. Bu, belə olmasa da, mən hər zaman öz fikrimdə qalacam".

Xəbər 840 dəfə oxundu.