Del Pyeronun yeni klubu bəlli oldu
İtaliya futbolunun canlı əfsanəsi Alessandro del Pyeronun yeni komandasına aydınlıq gəlib.

39 yaşlı futbolçu karyerasını Hindistan çempionatında davam etdirəcək.

Del Pyero Hindistanın "Dehli Dinamos" klubu ilə 3 aylıq müqavilə imzalayıb. Üç aydan sonra futbolçunun ABŞ-a gedərək bu ölkənin aparıcı klublarından birinə transfer olunacağı bildirilir.

Qeyd edək ki, Del Pyeronun son komandası Avstraliyanın "Sidney" klubu olub.

Xəbər 837 dəfə oxundu.