Platini qərarını verdi - Blatterə rəqib olmayacaq
UEFA-nın prezidenti Mişel Platini gələn il keçiriləcək FİFA prezidentliyinə seçkidə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

O, dünyanın ali futbol qurumunun hazırkı prezidenti Yozef Blatterə rəqib olmayacağını deyib: "Öz işimlə məşğul olmaq istəyirəm".

Qeyd edək ki, M.Platini bundan əvvəl açıqlamasında prezident seçkisində Y.Blatterə dəstək verməyəcəyini bildirib.

Xəbər 798 dəfə oxundu.