Birinci divizionun püşkü atılır
Sabah futbol üzrə Azərbaycan I divizionunun 2014/2015 mövsümünün püşkatma mərasimi keçiriləcək.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlayacaq.

Yeni mövsümdə futbol üzrə Azərbaycan I divizionunda 16 komanda çıxış edəcək:

“Rəvan”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Ağsu”, “Şahdağ”, “Şuşa”, “Turan-T”, “Mil-Muğan”, “Lokomotiv”, “Şəmkir”, MOİK, “Kəpəz”, “Bakılı”, “Göyəzən”, “Energetik”, “Zirə”.

Qeyd edək ki, yarışların ilk turu 6-7 sentyabr tarixlərində keçiriləcək.

Xəbər 873 dəfə oxundu.