"Sumqayıt"dan növbəti transfer
"Sumqayıt" 2014/2015 mövsümü üçün transferlər etməyə davam edir.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Premyer Liqasın təmsilçisi son olaraq "İnter"də çıxış etmiş Cəmil Hacıyevi heyətinə cəlb edib.

20 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qetd edək ki, "Sumqayıt" yay fasiləsində buna qədər 11 futbolçunu heyətinə cəlb edib.

Xəbər 868 dəfə oxundu.