Popoviç millinin heyətindən çıxarıldı
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda İsrail, sentyabrın 8-də isə səfərdə Portuqaliya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, "Sumqayıt" klubunun üzvü Andriy Popoviç zədəli olduğu üçün milli komandanın heyətindən çıxarılıb.

Xəbər 886 dəfə oxundu.