"Çelsi"də Dieqo Kosta şoku
"Çelsi"nin futbolçusu Dieqo Kosta məşq zamanı ayağından zədələnib.

Britaniya mətbuatı iddia edib ki, oyunçunun zədəsi ciddidir və o, altı ay müddətinə yaşıl meydanlarda uzaq qalacaq. "Çelsi" isə D.Kostanın son durumu ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, D.Kosta bu yay "Atletiko"dan London klubuna transfer olunub.

Xəbər 842 dəfə oxundu.