"Arsenal"ın hücumçusu uzunmüddətlik sıradan çıxdı
"Arsenal"ın zədəli futbolçusu Oliver Jurinin son durumu müəyyənləşib.

London təmsilçisinin baş məşqçisi Arsen Venger fransalı hücumçunun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağını deyib.


Qeyd edək ki, O.Juri İngiltərə Premyer Liqasında "Everton"la matçda zədələnib.

Xəbər 979 dəfə oxundu.