"Tvente"nin kapitanı "Qarabağ"la oyundan danışdı
"Tvente" klubunun kapitanı Andreas Byelland Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Klubun rəsmi saytına danışan danimarkalı futbolçu komandasının qrup mərhələsində oynayacağına inandığını bildirib:

"Bakıda qeydə alınan 0:0 hesabı yaxşı nəticədir. Avropa Liqasında mübarizəni davam etdirmək istəyirik və bunun üçün "Qarabağ"la cavab matçını səbirsizliklə gözləyirik. Ümid edirəm ki, azarkeşlərimizin dəstəyi sayəsində yenidən qrup mərhələsində oynayacağq".

Qeyd edək ki, "Tvente" - "Qarabağ" oyunu bu axşam, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk oyunda hesab açılmamışdı - 0:0.

Xəbər 1104 dəfə oxundu.