"Barselona" üçün bütün təklifləri rədd etdim" - Suares
"Barselona" klubunun hücumçusu Luis Suares yeni komandası haqda danışıb.

Uruqvaylı futbolçu "Barca Fans"a açıqlamasında Kataloniya təmsilçisində oynamaq üçün digər klubların təkliflərindən imtina etdiyini bildirib:

"Barselona" mənimlə maraqlandıqda heç tərəddüd etmədim. Çünki bu komandada oynamaq mənim xəyalım, ən böyük arzum idi. "Barsa" üçün digər klubların təkliflərini rədd etdim. Uzun illərdir Avropada oynayıram. "Ayaks", sonra isə "Liverpul"da çıxış etdim. İndi isə karyeramın zirvəsindəyəm. Çünki dünyanın ən yaxşı komandasına gəldim. Uzun müddət onları izləyirdim və böyük zövq alırdım. Lakin artıq mən də bu komandanın bir üzvüyəm".

Qeyd edək ki, Suares FİFA tərəfindən cəzalandırıldığı üçün oktyabr ayının sonlarına qədər "Barselona"nın heyətində meydana çıxa bilməyəcək.

Xəbər 918 dəfə oxundu.