Vüqar Həşimov: Reytinqdə ilk “10-luğ”a qayıdacam

“Bu il mənim üçün pis olmadı”. İdman.com.az saytının məlumatına görə, bunu azərbaycanlı qrossmeyster Vüqar Həşimov deyib. Qrossmeyster, 16 günə başa çatacaq 2011-ci ili dəyərləndirib: “Düzdür, mən bu il az yarışda çıxış etdim. Dünya Kubokunda və yığmamızın 2 komanda yarışında qüvvəmi sınadım. Lakin yanvarda FİDE yeni reytinqi açıqlayanda mən ilk “10-luğ”a qayıdacağam”.
Həşimov şahmatla yanaşı, həmişə həvəs göstərdiyi piano biliklərinə də məhz 2011-ci ildə yiyələndiyini deyib: “Mən həmişə piano ifa etməyi arzulamışam. Nəhayət ki, bu il bunu öyrənməyə başladım və pis alınmır. Çünki bəlkə də musiqi bəşəriyyətin yaratdığı ən yaxşı şeydir. Şahmatla musiqinin sintezi isə çox ideal alınır. Pianoda ifa etdikdə ən çətin oyunun belə bütün dərdi-səri yaddan çıxa bilir”.

Xəbər 1012 dəfə oxundu.