"Tarixi uğuru təkrarlamaq istəyirik" - Julius Vobay
"Bu mərhələdə asan rəqib olmur. "Partizan"la səfər görüşünə yaxşı başlasaq da, sonradan bəxt bizdən üz döndərdi".

Bu sözləri "Neftçi"nin hücumçusu Julius Vobay klubun rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli futbolçu komandasının yalnız qələbə haqda düşündüyünü və sabah tarixi uğuru təkrarlamaq istədiklərini bildirib: "Serbiyada 2 qol vurmuşuq və bizi doğma stadionda minimal hesablı qələbə də qane edəcək. Komanda olaraq hamımız yalnız qələbə haqqında düşünürük. Tarixi uğurumuzu təkrarlamaq və qrup mərhələsinə adlamaq istəyirik. İnanıram ki, burada böyük azarkeş dəstəyinin köməyi ilə məqsədimizə nail olacağıq. 12-ci oyunçunun gücünü sabah hiss etmək istəyirik".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Partizan" oyunu sabah, saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk oyunda Serbiya təmsilçisi qələbə qazanıb - 3:2.

Xəbər 938 dəfə oxundu.