"Arsenal"dan Falkaoya 20 milyon funt-sterlinq
Oliver Jirunun zədələnməsindən sonra "Arsenal" klubu hücumçu axtarışlarını davam etdirir.

London təmsilçisi "Monako"nun hücumçusu Radamel Falkaonu transfer etmək niyyətindədir.

"Topçular" kolumbiyalı futbolçunu bir illiyinə icarəyə götürməyi planlaşdırır. İngiltərə təmsilçisi Falkao üçün 20 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, "Arsenal" Falkao ilə yanaşı, "Mançester Yunayted"dən Dani Uelbek və "Kvins Park Reyncers"dən Luik Remi ilə də yaxından maraqlanır.

Xəbər 843 dəfə oxundu.