“Real”da məni aldatdılar” – Anxel di Mariya
"Mançester Yunayted"in yeni transferi Anxel di Mariya "Real"dan öz istəyi ilə ayrılmadığı deyib.

Argentinalı yarımmüdafiəçi "Marca" qəzetində yayımlanan müraciətində Madrid klubunun ona verdiyi vədləri yerinə yetirmədiyini bildirib:

"Real"dan ayrılmaq sırası mənə gəldi. Ancaq mən bu klubu öz istəyimlə tərk etmədim. Çempionlar Liqasının kubokunu qazandıqdan sonra klub rəhbərliyinin mənimlə müqavilənin şərtlərini yaxşılaşdıracağını gözlədim. Ancaq bu, gerçəkləşmədi. Bəzi məsələlər barədə danışıqlarımız oldu, amma məni aldatdlıar”.

Madrid klubundan pula görə ayrılması ilə bağlı iddialara da münasibət bildirən di Mariya deyib:

"Mən sadəcə hər şeyin ədalətli olmasını istəmişəm. "Real"ı pula görə tərk etməmişəm. Madrid klubu ilə bəzən pis nəticələrimiz olub. Ancaq bunu əminliklə deyə bilərəm ki, bütün matçlarda ən yaxşı oyunumu nümayiş etdirməyə çalışmışam".

Xatırladaq ki, di Mariya "Mançester Yunayted"lə beş illik müqavilə imzalayıb.

Xəbər 851 dəfə oxundu.