Millimizdən növbəti qələbə
Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoldaşlıq oyunu keçirib.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, "SV Kapfenberg " (Avstriya) klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızın hər iki qolunu Fərid Nəbiyev vurub.

Xatırladaq ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız Avstriyanın "Simmering" klubunun U-16 komandasını 7:0 hesabı ilə məğlub edib.

Xəbər 794 dəfə oxundu.