Di Mariya rəsmən "Mançester Yunayted"də
Madrid “Real”ının futbolçusu Anxel Di Mariyanın “Mançester Yunayted”ə keçidi rəsmiləşib.

Argentinalı yarımmüdafiəçi beş illik müqaviləyə imza atıb.

İngiltərə klubu Di Mariya üçün “Real”a 75 milyon avro ödəyib. Bu isə İngiltərə Premyer Liqasında ən bahalı transferdir.

Xəbər 819 dəfə oxundu.