"Real" "Barselona"nın təklifini rədd etdi
"Real" (Madrid) klubu "Barselona"nın Anxel di Mariyanın transferilə bağlı təklifini rədd edib.

Kataloniya təmsilçisi argentinalı futbolçu üçün 60 milyon avro təklif etsə də, Madrid klubu təcrübəli futbolçunu əzəli rəqibinə satmayıb.

"Real"ın baş məşqçisi Karlo Ançelotti ötən gün di Mariyanın komandadan getmək istədiyini açıqlamışdı. Lakin futbolçunun yeni mövsümdən karyerasını hansı komandada davam etdirəcəyi məlum deyil. 26 yaşlı futbolçunun "Real"da qalacağı da istisna olunmur.

Qeyd edək ki, di Mariyanın "Mançester Yunayted"ə transfer olunacağı bildirilir.

Xəbər 873 dəfə oxundu.