Cahangir Həsənzadə rəsmən "Xəzər Lənkəran"da
"Xəzər Lənkəran" klubu təcrübəli qapıçı Cahangir Həsənzadəni heyətinə qatıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son 5 mövsümü AZAL-ın heyətində keçirən qolkiper azad oyunçu statusu ilə komandaya transfer olunub.

Cahangir Həsənzadə ilə Lənkəran təmsilçisi arasında bir illik müqavilə imzalanıb.

Xəbər 1031 dəfə oxundu.